Məqsəd şəhərin mərkəzində avtomobil yükünü azaltmaqdır – Ekspert

Xəbər verildiyi kimi, Bakının mərkəzinə giriş ödənişli olacaq. Bu, Prezident İlham Əliyevin imzaladığı "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanda öz əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində paytaxtın inzibati ərazisində ödənişli hərəkət zonalarının yaradılması və bu zonalara daxil olmağa görə ödənişin məbləği ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir. Qanunvericilikdə nəzərdə tutulur ki, ödənişli zonalara daxilolma haqqı "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondunun maliyyələşmə mənbələrindən biri olacaq.
Mövzuya münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib ki, burada əsas məqsəd odur ki, işi olmayan və alternativ marşrutlardan istifadə edə biləcək sürücülər mərkəzi zonalara daxil olmasın. Nəticədə də orada yaşayan və işləyən insanların hərəkəti rahatlaşsın. Bu yollardakı daimi sıxlığın qarşısı alınsın:
”Məqsəd həmin ərazilərə giriş-çıxışların sayını məhdudlaşdırmaq. Bu yolla da həmin ərazilərdə müşahidə olunan tıxacları aradan qaldırmaqdır. Başlıca məqsəd şəhər mərkəzinin avtomobil yükünü azaltmaqdır”.(525.az)
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












