Mərc oyunlarında uduzub oğurluq edən şəxsin məhkəməsi başlayır

Bakıda oğurluqda ittiham edilən Raqib Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşad Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 25-nə təyin edilib. Qeyd edək ki, Bakı şəhəri Binəqədi rayonunda yaşayan Şəki şəhər sakini Ümid Hüseynov bu ilin sentyabr ayında kirayə qaldığı evdən 5300 manat oğurlanması ilə bağlı rayon polis idarəsinə müraciət edib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki,həmin oğurluq hadisəsini onunla bir evdə qalan həmyerlisi R.Orucov törədib. Saxlanılaraq idarəyə gətirilən R.Orucov törətdiyi cinayət əməlini etiraf edib. İstintaqın gedişində məlum olub ki, R.Orucov evdən oğurladığı pulla kifayətlənməyib. Belə ki, uzun müddətdir ki,Ü.Hüseynovun işlətdiyi mərc oyunları məntəqəsində operator olan R.Orucov özü də külli miqdarda pul uduzub. Müdirindən xəbərsiz uduzduğu pulları bərpa etmək istəyən R.Orucov oğurluq etmək qərarına gəlib. Saxlanılan şəxsin sözlərinə görə, 5 il ərzində mərc oyunlarına 50 min manatdan artıq pul uduzub.
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












