Mərdəkan şossesində təhlükə: Dayanacaq var, ancaq piyada keçidi yoxdur - VİDEO

Mərdəkan şossesində bir yerdə yolun hər iki tərəfində dayanacaq var, ancaq piyada keçidi yoxdur. Bu da piyadalarin həyatı üçün real təhlükə yaradır. Bu səbəbdən də həmin ərazidə tez-tez piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin olduğu deyilir. Avtosfer.az bildirir ki, söhbət Qala-Pirallahı və Mərdəkan şosselərinin kəsişməsindən gedir. Mərdəkan şosesindəki piyadalar keçidin olmamasından əziyyət çəkirlər. Bu da bəzən onların həyatı bahasına başa gəlir. Piyadalar həmin əraziyə ən yaxın keçidin 2 kilometrlik məsafədə yerləşdiyini deyirlər. Bu səbəbdən də piyadalar hər dəfə yolu keçəndə həyatlarını riskə atırlar. Çəkiliş apardığımız zaman məlum oldu ki, sözügedən ərazidə patrul əməkdaşları da xidmət aparırlar. Onlar yoldan keçən piyadaları cərimə edirlər. Bəzi hallarda isə onlarla marifləndirici söhbətlər aparırlar. Məsələ ilə bağlı Bakı Şəhər Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, sözügedən əraziyə baxış keçiriləcək və yolda piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qanunvericilik çərçivəsində addımlar atılacaq.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












