Mərdəkanda reyd keçirildi: bələdiyyə sədri cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərinin Xəzər rayonu ərazisində tullantıların idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib. Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, reyd zamanı Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində 28 May küçəsi ilə A.Aslanov küçələrinin kəsişməsində tullantıların qanunvericiliyə uyğun qaydada idarə edilmədiyi məlum olub. Faktla bağlı əraziyə cavabdeh Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynov barəsində protokol tərtib olunub və ona inzibati qaydada vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə tətbiq edilib. Tullantıların qısa vaxt ərzində təmizlənməsi üçün M.Hüseynova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












