Mərkəzi Bankdan sahibkarlara ŞAD XƏBƏR

May ayının sonundan başlayaraq ödəniş qəbul edən əksər sahibkarlıq subyektləri əməliyyatları QR-la rahatlıqla həyata keçirə biləcəklər.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, yeni ödəniş aləti sahibkarların bank xərclərini də azaldacaq: “Bu ilin əvvəlindən ölkədə QR ödənişlərin qəbul edilməsi infrastrukturu geniş miqyasda yayılır. Mayın sonu, maksimum iyun ayının sonuna kimi əksər sahibkarlıq subyektləri QR ödənişləri rahatlıqla qəbul edə biləcəklər. Bu da bankların xidmət haqqı tariflərinin kəskin azalmasını təmin edəcək. QR-la ödənişlər kartlarla deyil, Ani Ödənişlər Sistemi vasitəsilə həyata keçirilir. Həmin məbləğ anında ödəyicinin hesabından çıxılır, sahibkarın hesabına köçürülür. Burada da tariflər kəskin formada aşağıdır”.
T.Kazımov hesab edir ki, həm sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həm də hüquqi şəxslər banklarla birgə QR ödənişləri tətbiq etsələr, bu, “Visa” və “Mastercard” şirkətlərinin təklif etdiyi bank kartlarından asılılığı azaldacaq. Yeri gəlmişkən, AMB həmin şirkətlərdən tariflərin azaldılmasını tələb edib: “Visa” və “Mastercard”la tariflərin azaldılması istiqamətində müzakirələr aparırıq. Öz tərəfimizdən biz bunu sərt tələb edirik. Çünki son illərdə tariflərin kəskin artdığını müşahidə edirik. Qeyd edim ki, həm “Visa”, həm də “Mastercard” bizimlə tərəfdaşlıq edirlər. Növbəti həftələrdə onlar tariflərin azalsılması ilə bağlı öz təkliflərini verəcəklər”. (Vergiler.az)
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA












