Məşhur gözəl yol qəzasında öldü - FOTO

Narahat ayaqqabılarını çıxarmaq üçün yolun ortasında dayanan Kaliforniya gözəli faciəvi şəkildə ölüb. Bu zaman onu avtomobil vurub. Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, Yana Lavrentyeva gecə saatlarında Los Ancelesin Ensino rayonunda avtomobilin təkərləri altında qalıb. Sürücü piyadaya kömək etmək əvəzinə hadisə yerindən qaçıb. Hadisə gecəsi Yana əri və dostları ilə restoranda şam edib. Bundan sonra onlar kofe içmək üçün yolu keçmək qərarına gəlib. Qızlar deyib ki, yaşıl işığın yanmasına 18 saniyə qalmış hadisə baş verib. Şahidlərin sözlərinə görə, "Toyota 4-Runner" avtomobili yolun ortasında dayanan modeli görüb və sürəti artırıb. Hazırda polis həmin şəxsin axtarışları ilə məşğuldur. "Biz reaksiya verə bilmədik. Hər şey qısa zamanda oldu, heç nə edə bilmədik", - modelin rəfiqələrindən olan Yaroslava Markova bildirib. Yaroslava deyib ki, Yana yolun ortasında dayanan kimi onu vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olmayıb. "Biz xoşbəxt ailə idik. Bütün vaxtımızı bir yerdə keçirirdik. Uşaqlarımıza hələlik analarının öldüyünü demək istəmirəm. Bu, onlar üçün ağrılı olacaq...", - Yananın əri qeyd edib.
.


Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












