Məşhur kardioloqun vəfatı ilə bağlı ŞOK DETALLAR: “Medilux” xəstəni niyə qəbul etməyib? - RƏSMİ AÇIQLAMA

Bir neçə gün əvvəl gənc həkim, kardioloq Nurlana Əliyevanın (Nəbibəyli) qəfil vəfat etməsi ilə bağlı yeni detallar açıqlanıb.
Yaxın rəfiqəsi Mehriban Hüseynovanın sözlərinə görə, mərhumun bronxial astması olub və dekabrın 29-u gecə saatlarında səhhəti qəfil pisləşib. Məlumata görə, Nurlana Əliyeva qızını çağırıb və o, anasını yaxınlıqdakı “Medilux” Tibb Mərkəzinə aparıb. Lakin ailə üzvlərinin iddiasına əsasən, klinika tərəfindən qəbul edilməyib və Kliniki Tibbi Mərkəzə yönləndirilib. Bu hadisə insanlar tərəfindən birmənalı qarşılanmayıb və müəyən suallar yaradıb. Görəsən, “Medilux” Tibb Mərkəzi niyə xəstəni qəbul etməyib? Buna səbəb nə olub?
Məsələ ilə bağlı “Medilux” klinikasından bildirilib ki, “pasiyentin qəbul edilməməsi” ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil:
“26.12.2025-ci il tarixində, saat 16:06-da Baku Medical Plaza klinikalar şəbəkəsinin Medilux filialına Nurlana Əliyeva adlı pasiyent qəbul edilib. Pasiyenti klinikaya özünü pasiyentin qızı kimi təqdim edən Əliyeva Fidan adlı şəxs gətirib və məlumat verib ki, N.Əliyeva sirkə turşusu içib.
Klinika tərəfindən Nurlana Əliyeva (Nəbibəyli) dərhal qəbul edilib və ona təcili ilkin tibbi yardım göstərilib.
Aparılan ilkin tibbi qiymətləndirmə nəticəsində pasiyentə “uksusdan zəhərlənmə” diaqnozu qoyulub. Lakin pasiyentin vəziyyəti təcili və ixtisaslaşmış tibbi müdaxilə tələb etdiyindən dərhal 103 Təcili Tibbi Yardım Xidmətinə məlumat verilib və N.Əliyeva müvafiq qaydalara uyğun şəkildə 103 TTY briqadasına təhvil verilib, ixtisaslaşmış stasionar tibbi müəssisəyə yönləndirilib. (Toksikoloji hallar zamanı pasiyentin ixtisaslaşmış stasionar tibbi müəssisəyə yönləndirilməsi mövcud tibbi protokollara uyğun olaraq zəruridir).
Baku Medical Plaza Klinikalar şəbəkəsinin Medilux filialı olaraq bildiririk ki, pasiyentin klinikaya qəbul edilməməsi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir. N.Əliyeva qeyd edilən tarixdə dərhal klinika tərəfindən qəbul edilib və lazımi ilkin tibbi yardım göstərilərək aidiyyəti üzrə istiqamətləndirilib.
Baku Medical Plaza Klinikalar şəbəkəsi bütün pasiyentlərə qarşı etik normalara, tibbi protokollara və qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərir”, – deyə açıqlamada vurğulanıb./konkret.az
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












