Məşhur milyarderin ölüm anının VİDEOsu yayıldı

İngiltərənin "Lester Siti" futbol klubunun prezidenti, tay milyarder, "King Power Duty Free" şirkətinin sahibi Viçay Şrivaddanaprabhanın və daha 4 nəfərin olduğu Agusta Westland AW169 markalı helikopterin qəza anının videosu yayılıb. Avtosfer.az milli.az-a istinadən bildirir ki, kadrlarda helikopterin yüksəyə qalxandan sonra qəflətən fırlanmağa başlayaraq yerə düşdüyü aydın görünür. 60 yaşlı milyarderin özəl helikopteri "Lester Siti"in "King Power Arena" stadionunda oktyabrın 27-də, "Vest Hem Yunayted"ə qarşı matçdan bir saat sonra, havaya qalxandan bir neçə dəqiqə sonra yerə düşərək alışıb. Qəzada 5 nəfər həlak olub. Helikopterin pilotu Erik Svaffer daha böyük faciənin qarşısını alıb, nasaz helikopteri stadiondan kənara yönəldib. Helikopterin quyruq vinti sıradan çıxıbmış. Qəzada Viçay Şrivaddanaprabha, onun köməkçiləri Nursara Suknamay və Kaveporn Punpare, İzabella Roza Lexoviç və pilot Erik Şvaffer həlak olublar. Avtomobil dayanacağının yanına düşən helikopteri yanğınsöndürənlər 20 dəqiqəyə söndürüblər.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












