Məşhur “pəhləvan” kenquru öldü – FOTO + VİDEO

Dünyada məşhur olan kenquru Rocer 13 yaşında ölüb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Avstraliyanın əsas simvollarından olan enlikürək kenqurunun ölkədə anım mərasimi keçirilib. Təbiətşünas Kris Barnsın dediyinə görə, kenqurular nadir hallarda 12 ildən çox yaşayır.
Məhz K. Barns 2006-cı ildə Roceri maşının vurduğu ana-kenqurunun bətnindən çıxararaq xilas edib. Sonradan o, “The Kangaroo Sanctuary” adlı sığınacağın yaradılmasında iştirak edib. Hazırda bu sığınacaqda 50-dən çox heyvan saxlanılır.
“Pəhləvan” Rocer dünya şöhrətini 2015-ci ildə qazanıb. Onun əlləri ilə alüminium vedrəni əzməsini əks etdirən videosu və əzələli bədəninin təsvir olunduğu fotoşəkillər sosial şəbəkələrdə geniş yayılıb. Rocerin boyu iki metr, çəkisi 90 kiloqram olub.
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












