Məşhur restoranların bağlanması üçün məhkəməyə müraciət ediləcək - SİYAHI

"9 iaşə obyektinin fəaliyyətinin dayandırılması üçün məhkəmə orqanları qarşısında vəsatət qaldırılacaq". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə milli monitorinq departamentinin direktoru Ramal Bağırov deyib. Onun sözlərinə görə, Nazirlik tərəfindən müasir standartlara cavab verən təmizləyici qurğuları olmayan iaşə obyektlərinin sahiblərinə havaya buraxdıqları tüstü və qoxuya görə verilən vaxtdan artıq beş ay keçib: "Bu proses may ayından başlayıb və bu günədək Bakı şəhərinin inzibati ərazisində və Abşeron rayonunda yerləşən 301 ictimai iaşə obyektlərinin fəaliyyət göstərdiyi ətraf ərazilərdə Nazirliyin mütəxəssisləri tərəfindən monitorinqlər aparılıb, atmosferdən hava nümunələri götürülüb və atmosferə buraxılan zərərli qaz birləşmələrinin miqdarının yol verilən qatılıq həddindən dəfələrlə artıq olduğu müəyyən edilib. Bu da havanın lokal xarakterli çirklənməsinə və əhalinin haqlı narazılığına səbəb olur. Bununla bağlı Nazirlik tərəfindən obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğular quraşdırılması məqsədilə müddətli “məcburi göstəriş”lər verilib. Xeyli vaxt keçməsinə baxmayaraq, bu günədək yalnız 53 ictimai iaşə obyektində müasir qaz-toztutucu qurğular quraşdırılıb, 180 obyektdə quraşdırma işləri aparılır. Ötən beş ay ərzində hər bir obyekt sahibi təmizləyici qurğu quraşdıra bilərdi. Lakin artıq müddət bitdiyindən 58 obyekt barəsində qanunamüvafiq tədbirlər görülüb, akt və protokol tərtib olunub, cərimə tətbiq edilib". R.Bağırov bildirib ki, 9 obyektin fəaliyyətinin dayandırılması üçün isə məhkəmə orqanları qarşısında vəsatət qaldırılması məqsədilə sənədləşmə işləri aparılır: "Bunlar Yasamal rayonunda yerləşən “Filiz Palace”, Binəqədi rayonundakı “Tərlan”, “Wite Palace”, Nizami rayonundakı “Milord”, “Xəmsə”, “Dan ulduzu”, Xətai rayonundakı “Neapol”, Suraxanı rayonundakı “Turan”, Sabunçu rayonundakı “Arzu” ictimai iaşə obyektləridir".
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Yeni Ramana yolunda təhlükə: Uzun çuxurlar avtomobillərə ziyan vurur - VİDEO
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin DİQQƏTİNƏ!
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - SİYAHI - FOTO
Sürücülərə maddi ziyan vuran yol bərpa olundu – AAYDA-dan açıqlama - FOTO+VİDEO
Bakıda abidənin tikinti tarixi səhv verilib? - RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakı gömrüyündə diqqətçəkən dəyişiklik: Çin avtomobilləri azalıb - VİDEO
İyuldan sentyabra qədər... çox isti olacaq – XƏBƏRDARLIQ
Bu yol 2 gün bağlı olacaq - Sürücülərin diqqətinə!
Yollarda vəziyyət pisləşəcək - XƏBƏRDARLIQ
Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı - Kartdan xəbərsiz pul silinir








