Məşhur “tiktoker” qaydanı pozub sürücüyə orta barmaq göstərdi - VİDEO

Nəsimi rayonunda yol hərəkəti qaydalarının pozulması ilə müşayiət olunan insident baş verib.
Hadisə barədə görüntüləri izləyicilərdən biri Avtosfer.az-ın sosial şəbəkə hesabına göndərərək şikayətini bildirib.
Belə ki, Bakının Üzeyir Hacıbəyov küçəsində qeydə alınan görüntülərdə 77-YJ-102 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobil düz xətt boyunca hərəkət edən zaman qəfil manevr edərək digər nəqliyyat vasitəsinə qəza şəraiti yaratdığı əks olunub. Bu zaman digər sürücü siqnal verərək təhlükəyə diqqət çəkib.
Hadisədən sonra məlum olub ki, qayda pozuntusuna yol verən avtomobili sosial şəbəkələrdə kifayət qədər tanınan "TikTok" fenomeni Nailə Nəcəfli idarə edib. O, digər sürücünün iradına qeyri-etik əl hərəkəti ilə cavab verib və tərəflər arasında mübahisə yaşanıb. Nailə Nəcəfli öz müdafiəsində bildirib ki, manevrdən öncə dönmə işığını yandırıb. Lakin qarşı tərəf düz xətt üzərində bu cür sürməyin yol hərəkəti qaydalarına zidd olduğunu qeyd edib.
Qeyd edək ki, belə qayda pozuntuları inzibati məsuliyyətə səbəb olur.
Könül
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI












