“Məşhurların maşınları”: "Maşınımın qiyməti 150 mindir" – VİDEO

"Show news" verilişində "Məşhurların maşınları" rubrikasının növbəti qonağı müğənni Şəbnəm Əsədova (Tovuzlu) olub. Gözəllik salonundan çıxan müğənninin maşını da gözəl idi. Avtosfer.az xəbər verir ki, rubrikada qonaq olduğunu bildirəndə "Burada nə var ki?" deyən Şəbnəm Tovuzlu hələ bilmirdi ki, onun başına nə oyun gələcək: "Maşınım təmizlənməyib, rayondan gəlmişəm dünən. Qiymətə gələndə də, əvvəlkisi çox balaca idi, yerlə gedirdi. O maşını 130 minə sata bilərdim, tələsib 90 minə satdıq. 40 minə qədər ziyan oldu". Atdan düşüb uzunqulağa minməyi sevməyən Şəbnəm Tovuzlunun yeni avtomobili əvvəlkindən nə az, nə çox 50 min dollar bahadır. Amma müğənni kredit götürdüyünü də gizlətmədi: "Bu maşının qiyməti 150 mindir. 90 mini verdim, qalanını bankla hər ay 5000 verirəm". Avtomobili ələkdən keçirmək istədik ki, əlimizə həyat yoldaşı Həcinin əşyaları və nikah şəhadətnaməsi gəldi. Sənədlərinin ələ keçməsindən çəkinən ifaçı hər cəhdlə onları gizlətməyə çalışdı. Elə ki, iş gəldi maşının "kapot"unu açmağa sənətçi əməlli başlı əlləşdi, amma ortaya heç nə çıxmadı: "Aça bilmirəm, məni pərt eləməyin. Qolum qırıldı".
Şəbnəm Tovuzluya "maşını sürətli sürməyi sevirsiz?" sualına isə sənətçi belə cavab verdi: "Hə, xoşlayıram sürətlə sürməyi. Amma axırıncı dəfə qəza olub, bir az ağlım başıma gəlib. Çalışmışam çox sürətli sürməyim. 4-5 il bundan qabaq olan çılğınlığım yoxdur".
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ










