Metal dövlət nömrə nişanları ləğv edilir - Yenilik

Dubayda avtomobillərdə metal dövlət nömrə nişanları rəqəmsal qeydiyyat nişanları ilə əvəz ediləcək. Avtosfer.az Sputnik.az-a istinadən xəbər verir ki, Tag to Connect adlanan rəqəmsal nömrələr – ağıllı ekrandır.
"Onlar metal nömrələri əvəz edəcək" — deyə Yol və Nəqliyyat İdarəinin nümayəndəsi Sultan Abdulla əl Mərzuqi bildirib.
"Belə nömrələr sürcüləri hər il xidmət mərkəzlərinə gəlib nömrələrin yenilənməsi ehtiyacından azad edəcək. Avtomobillərin qeydiyyatı isə texniki baxışdan sonra avtomatik yenilənəcək"- deyə o qeyd edib.
Onun sözlərinə görə, avtomobil sahibləri qeydiyyat nömrələrini mobil yükləmələr və ya idarənin saytı vasitəsilə yeniləyə biləcəklər.
Avtomobilin oğurlanması zamanı rəqəmsal nömrələrdə "oğurlanıb" sözü qeyd ediləcək, tıxaclar və törədilmiş qəzalar barədə digər sürücülərə məlumat verəcək.
Şəhərdə parklama üçün ödəniş də rəqəmsal nömrə işarərələrinə bağlanmış elektron cüzdan sistemi vasitəsilə ödəniləcək.
Bu texnologiya may ayında sınaqdan keçirilməyə başlayacaq və noyabr ayına qədər yoxlanacaq.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












