Mətbuat Camal Xaşuqcinin son nəfəsdə dediyi sözləri dərc edib

Qətərin "Al-Jazeera" telekanalı Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Xaşuqcinin son sözlərini yayıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, onun son sözlərini telekanala Türkiyənin "Daily Sabah" qəzetinin əməkdaşı Nazif Karaman deyib. Ərəb jurnalistin sözləri audioya yazılıb və bu, onun işgəncəyə məruz qaldığını təsdiq edir. "Mən boğuluram… Bu torbanı başımdan çıxardın, mənim klaustrofobiyam var", - deyə o, son nəfəsində bildirib. Karamanın sözlərinə görə, audioyazıda qətlin 7 dəqiqə davam etdiyi eşidilir. O əlavə edib ki, "Daily Sabah" qəzeti tezliklə Xaşuqcinin həyatının son dəqiqələrinin audioyazısının bir hissəsini dərc edəcək. Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səudiyyəli jurnalist Camal Xaşoqcinin qatillərinin Səudiyyə Ərəbistanında həbs olunan 18 nəfər arasında olduğunu bildirib.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












