Metro stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq

Bu gün Bakıda keçiriləcək Azərbaycan və Kosova milli futbol komandalarının qarşılaşması ilə bağlı Bakı Metropoliteni gücləndirilmiş iş rejimində işləyəcək. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. B.Məmmədovun sözlərinə görə, oyun başa çatana qədər azarkeşlərin təhlükəsizliyini təmin etmək üçün metropolitendə bütün tədbirlər görüləcək: "Futbol başa çatandan sonra sərnişinlərin ünvana təhlükəsiz çatması üçün bütün tədbirlər görülüb. Bununla bağlı xüsusi tədbirlər planı hazırlanıb. Sərnişinlərin əsas sıx olduğu "Koroğlu" stansiyasına təhlükəsizliyi gücləndirmək üçün əlavə qüvvə cəlb ediləcək". Metropoliten rəsmisi bildirib ki, stansiyalarda sıxlıq olmamaq üçün əlavə qatarlar da hazır vəziyyətə gətirilib: "Əlavə qatarlar hazırlanıb. Əgər sərnişin sıxlığı olarsa, həmin qatarlar dərhal xəttə buraxılacaq və bu da qatarlar arasında intervalın azalmasına səbəb olacaq". Xatırladaq ki, bu gün saat 20:00-da Bakı Olimpiya Stadionunda Millətlər Liqası çərçivəsində "Azərbaycan-Kosovo" milli yığma komandaları qarşılaşacaq.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












