Metro stansiyalarında 4 günlük konsert proqramı olacaq

Ənənəsinə sadiq qalan “Bakı Metropoliteni” QSC-nin yeni ilin astanasında sərnişinlərinə təqdim etdiyi bayram sürprizlərindən biri də konsert proqramı olacaq. QSC-dən Avtosfer.az-a verilən məlumata görə, bu proqram Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 30-dan yanvarın 2-nə kimi sərnişin axınının çox olduğu və şəhər mərkəzində yerləşən stansiyaların vestibüllərində təqdim ediləcək.
Konsertin təşkilində əsas məqsəd metropolitendən istifadə edən şəhər sakinləri və qonaqların bayram ovqatını yüksəltməkdir.
Musiqi proqramına milli və klassik musiqi nümunələri daxil edilib.
Canlı musiqi milli muğam üçlüyü, dünya və Azərbaycan klassik musiqi nümunələrini ifa edəcək kvartet tərəfindən “İçərişəhər”, “Sahil”, “28 May”, ”Elmlər Akademiyası” stansiyalarında aşağıda göstərilən saatlarda səsləndiriləcək:
“İçərişəhər” stansiyası – 11:00 - 12:30
“Sahil” stansiyası – 12:00 - 13:30
“28 May” stansiyası – 13:00 - 14:30
”Elmlər Akademiyası” stansiyası – 14:00 - 15:30.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










