Metro və avtobuslarda bank kartları ilə ödənişdə PROBLEM - Sərnişinlərin balansından əsassız pul çıxılır?

Ötən ay paytaxtın nağdsız ödəniş sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında bank kartları ilə ödəniş aktivləşdirilib. NFC texnologiyasını dəstəkləyən yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə ödənişi həyata keçirmək mümkün olub. Lakin bank kartları ilə istər metro, istərsə də avtobuslarda ödəniş edərkən bəzi problemlər yaranıb.
Sərnişinlər bildirirlər ki, bank kartlarından pul ictimai nəqliyyatdan istifadə etdikləri vaxt yox, günün digər saatlarında çıxılır. Paytaxt sakinlərinin sözlərinə görə, bəzi hallarda metro və avtobuslardan istifadə etmədikləri halda belə balanslarından pul silinir.
Bununla yanaşı, sərnişinlər bank kartlarında vəsait olmasa da keçidin mümkün olduğunu bildiriblər. Lakin bundan sonra balansdan pul silinsə də kart bir müddətlik bloklanır.
Məsələ ilə bağlı “Bakıkart”-dan (K Group” MMC) bildirilib ki, metro və avtobusdan istifadə etmədiyi halda kart balansından gediş haqqının çıxılması hər hansı texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləmə prinsiplərindən irəli gəlir.
“BakıKart tərəfindən tətbiq edilən ödəniş sistemi həm “bir dəfəlik keçid imkanı”, həm də “Delayed Authorization” (Gecikdirilmiş avtorizasiya) prinsiplərini əhatə edir. “Bir dəfəlik keçid” funksiyası sayəsində kart balansı müvəqqəti kifayət etmədiyi hallarda belə sərnişin ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər, balans bərpa olunduqda ödəniş avtomatik tutulur”.
Əlavə olaraq qeyd edilib ki, bu funksiya ödəniş əməliyyatlarının çevik şəkildə, 1 saniyənin altında aparılmasını təmin edir:
“Gecikdirilmiş avtorizasiya isə ödəniş əməliyyatlarının texniki səbəblərdən sonradan rəsmiləşdirilməsinə imkan verir. Bu mexanizmlər hər hansı texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləmə prinsiplərindən irəli gəlir. Məqsəd sərnişinlərin rahatlığını təmin etmək və ödəniş prosesinin fasiləsizliyini qorumaqdır”.
Qurumdan vətəndaşlara bu kimi hallarla bağlı (*4343; +994 12 404 14 21) qaynar xəttə müraciət etmələri tövsiyə olunub./bizim.media
Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI
Azərbaycanda benzin bahalaşır? – AÇIQLAMA
Hava ilə bağlı XƏBƏRDARLIQ: İntensiv yağışlar yağacaq
Azərbaycanın adı dəyişdirilməlidir? - Deputatın təklifinə həmkarından reaksiya
Paytaxtın 11 küçəsində tıxac var - SİYAHI - FOTOLAR
Metro qatarlarına yeni yağınsöndürən balonlar quraşdırılıb; təlimatlar niyə rus dilindədir? - RƏSMİ - FOTO
Prezident Zəngəzur dəhlizinin icrasından danışdı
Qış parkındakı təmir işləri vətəndaşların hərəkətinə mane olur - FOTO
“Kapital Bank” hesabını “Apple Pay”a qoşmaq istəyən müştərinin kartını niyə bloklayıb? – RƏSMİ AÇIQLAMA
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU










