Metro xətlərinin ayrılması sərnişin sıxlığını necə azaldacaq? – EKSPERT

Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması uzunmüddətli perspektivdə metro şəbəkəsinin buraxıcılıq qabiliyyətinin artırılmasına xidmət etsə də, keçid dövründə sərnişin axınının düzgün idarə olunması üçün paralel nəqliyyat həllərinin tətbiqi vacibdir.
Avtosfer.az xəbər verir ki, bu fikirləri nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev səsləndirib.

Ekspert bildirib ki, bu baxımdan Baş Keşlə–Böyükşor mənzilləri arasında təxminən 2 kilometrlik dəmir yolu sahəsinin yenilənməsi mühüm əhəmiyyət daşıyır. Həmin istiqamətin bir hissəsi artıq yenilənib və qalan hissənin də bərpası Dərnəgül–Koroğlu dəmir yolu əlaqəsinin yaradılmasına, eləcə də Abşeron dairəvi dəmir yolunun tam dairəvi marşrut kimi fəaliyyət göstərməsinə imkan verəcək.
Bu layihənin reallaşması nəticəsində "28 May" və "Koroğlu" metro stansiyalarındakı sərnişin sıxlığının bir hissəsi şəhərətrafı dəmir yoluna yönləndirilə bilər. Eyni zamanda, Xırdalandan Bakının şərq istiqamətinə səfər edən sərnişinlər üçün marşrut qısalacaq, səfər müddəti azalacaq və avtobusların üzərindəki yükün bir hissəsi relsli nəqliyyata keçəcək.
Ekspertin sözlərinə görə, metro xətlərinin ayrılması prosesi ilə paralel olaraq ictimai nəqliyyatda brutto müqavilə modelinin, gündəlik, aylıq və illik bilet paketlərinin, həmçinin 90 dəqiqəlik ödənişsiz transfer sisteminin tətbiqinin sürətləndirilməsi də vacibdir. Bu yanaşma metro, avtobus və şəhərətrafı qatarlar arasında vahid və inteqrasiya olunmuş tarif sisteminin formalaşmasına, sərnişinlərin əlavə ödəniş etmədən müxtəlif nəqliyyat növləri arasında keçid etməsinə şərait yaradacaq.

Rauf Ağamirzəyev vurğulayıb ki, kiçik həcmli infrastruktur layihələrinin tarif və idarəetmə islahatları ilə eyni vaxtda həyata keçirilməsi Bakı və Abşeronun relsli nəqliyyat sisteminin əlaqəliliyini gücləndirəcək, ictimai nəqliyyatın cəlbediciliyini artıracaq və metro xətlərinin ayrılması dövründə yarana biləcək mənfi təsirlərin minimuma endirilməsinə töhfə verəcək.
Eltac Zülfüqaroğlu
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












