Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?

Xəbər verdiyimiz kimi, avqustun 15-dən etibarən “Bakı Metropoliteni”nin "yaşıl" və "qırmızı" xətlərinin ayrılması ilə bağlı işlərə başlanılmasından sonra bir sıra stansiyalara gediş məhdudlaşdırılıb. Sözügedən dəyişiklik metrodan istifadə edən sərnişinlərin gündəlik sayına da təsirsiz ötüşməyib. Belə ki, prosesə start verildikdən sonra, hətta günün pik saatlarında belə, xüsusən də "Nizami" - "Dərnəgül" stansiyaları istiqamətində sərnişin sıxlığının əvvəlki dövrlə müqayisədə nəzərəçarpacaq dərəcədə azaldığı müşahidə olunur.
Bu da metronun ziyanla işləməsi və gediş haqqına təsiri barədə suallar yaradır.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli deyib ki, metro həmişə ziyanla işləyir.
O qeyd edib ki, bu prosesə sərnişinlərin sayının azalması da təsirini göstərəcək: “Metro hər zaman dövlət büdcəsindən dotasiya alıb. Məhdudiyyət ən azından dövriyyəsinə təsir edəcək. “Bakı Metropoliteni” çox güman ki, dövlət büdcəsindən daha böyük dotasiyanın alınması üçün müraciət edəcək. Bu günə qədər də metropolitenin gəlir hissəsi ilə bağlı açıqlamalar olur, ancaq xərc hissəsi ilə bağlı detallı açıqlamaları görmürük. Nə üçün ziyanla işləyir, xərclər haradadır, xərcləri necə azaltmaq olar? Bununla bağlı suallar hələ də açıq qalır”.
N.Cəfərli gediş haqqının artırılması ehtimalının da olduğunu bildirib: “Ola bilsin, Tarif Şurasına müraciət edilsin. Belə bir ehtimal hər zaman var”.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












