Metroda aylıq gediş haqqı kartlarına nə vaxt keçiləcək? – EKSPERT AÇIQLADI

"Bakı Metropoliteni" QSC aylıq və birsəfərlik gediş haqqı kartlarının tətbiqini nəzərdən keçirir.
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun sədrinin müşaviri Emil Əhmədov bildirib.
"Müxtəlif sosial qruplara münasibətdə xüsusi yanaşmalar nəzərdə tutulur. Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi müzakirə mövzusudur. Aylıq və birdəfəlik gediş kartları və digər alternativ yanaşmalar nəzərdən keçirilir. Dünyada məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır", - deyə o qeyd edib.
Metro rəsmisi xatırladıb ki, qurumun tariflərin tənzimlənməsi ilə bağlı hər hansı bir səlahiyyəti yoxdur.
"Daim bu istiqamətdə müzakirələr aparılır. Sərnişindaşıma tarifləri ilə bağlı hər hansı dəyişiklik ictimaiyyətə əvvəlcədən açıqlanacaq", - deyə o əlavə edib.
Bəs bu tətbiqin işə salınması metronun inkişafına necə təsir göstərəcək?
Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakı metrosunda ilkin olaraq müəyyən infrastruktur layihələri icra olunmalıdır ki, sərnişin axınları ayrılsın:

“Bu, 5 illik proqramda nəzərdə tutulub. İlk olaraq yeni deponun tikintisi həyata keçirilir və bu ilin sonuna qədər tamamlanması planlaşdırılır.
Növbəti mərhələ xətlərin ayrılmasıdır. Bu proses gələn ildən başlayacaq və həmin il ərzində yekunlaşdırılacaq. Layihələrin icrası nəticəsində 3 metro xətti müstəqil fəaliyyət göstərəcək. Hər xəttin ayrıca deposu olmalı və minimum intervalla işləməsi təmin edilməlidir.
Daha sonra xətlərin inkişafı, yəni genişləndirilməsi nəzərdə tutulur. Bu, baş planda, konseptual planda və dövlət proqramında da əksini tapıb. Bənövşəyi xəttin şəhər mərkəzinə qədər uzadılması və bir neçə istiqamətlə əlaqələndirilməsi daxildir. Ardınca yaşıl xəttin inkişafı, “İçərişəhər”dən dönmə kamerasının verilməsi və “Xocasən” deposunun genişləndirilməsi planlaşdırılır.
Bu mərhələlərdən sonra məsafəyə görə diferensial qiymətlərin tətbiqi məsələsinə baxıla bilər. Hazırda isə belə bir addım effektiv hesab olunmur, çünki metro şəbəkəsinin hələ ciddi inkişafa ehtiyacı var. Təxminən 10 yeni stansiya istifadəyə verildikdən sonra bu mövzu gündəmə gələ bilər”.

Ekspert əlavə olaraq qeyd edib ki, digər mühüm məsələ şəhərin ümumi mobilliyi ilə bağlıdır:
“Daşınmada “Brutto müqavilələr”ə keçid nəzərdə tutulur. Bu modeldə hər kilometrə görə subsidiyalar tətbiq olunur, güzəştlər və pulsuz keçid imkanları da təmin edilir. Bundan əlavə, günlük, həftəlik, aylıq, 3 aylıq, 6 aylıq və illik bilet paketlərinin təqdim edilməsi planlaşdırılır.
Bütün bunlar kompleks yanaşma tələb edir və zamanla həyata keçiriləcək. İlk mərhələ isə “Brutto müqavilələr”ə keçid olacaq”.
Eltac Zülfüqaroğlu
"Şəhərə avtomobillə giriş getdikcə mümkünsüz olacaq" - Tıxac problemi necə həll edilə bilər?
Azərbaycanın bəzi rayonlarında yollar dumanlı olacaq
Sürücülərə avtomobil nömrələrini sərbəst seçmək icazəsi verildi - Qərar qüvvəyə mindi
Sabah Bakıda hava küləkli olacaq - PROQNOZ
Bakıda yeni yol çəkilir - Sürücülərin işi asanlaşacaq - VİDEO
Meyvə şirələrinin içindən çıxan naməlum maddə nədir? - VİDEO
Sənədsiz evlərin sahiblərinə mühüm xəbər – “Kupça”nı bu qiymətə ala biləcəklər
Hakerlər milyonlarla "Instagram" hesabının məlumatlarını ələ keçirdi
Bu şəxslər məsuliyyətə cəlb oluna bilər – 400 manat ...
Elektromobillərin batareya dillemması... - 7 milyon tonluq saatlı bomba
Bu ərazilərə yalnız avtobusların giriş-çıxışına icazə veriləcək - Tıxac probleminin qarşısı ...











