Metroda cibgirlik edən şəxslər tutulublar

Bakı metrosunda vətəndaşın mobil telefonunu oğurlayan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar. Belə ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Qazax rayon sakini S.Şıxıyevaya “Gənclik” stansiyasında qatarda çantasından mobil telefonunun oğurlandığını bildirib. Məlumatla əlaqədar dərhal polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb və qısa müddətdə oğurluq etməkdə şübhəli bilinən 3 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Balakən rayon sakini Rəşad Qurbanov və əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Zaur Ələkbərov və Sumqayıt şəhər sakini Təvəkkül Cavadov olduqları müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












