Metroda eskalator qırıldı: 30 yaralı – VİDEO

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək "Roma"(İtaliya) - MOİK (Rusiya) oyunu öncəsi Roma metrosunda eskalatorun qırılması nəticəsində xəsarət alanların sayı 30-a çatıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İtaliyadakı səfirliyinə istinadən TASS məlumat yayıb. Bildirilir ki, yaralananların ümumi sayı 30 nəfər təşkil edir. Onlardan 7-si ağır vəziyyətdədir, 5 nəfər orta, daha 18 nəfər isə yüngül xəsarət alıb. Səfirliyin məlumatına görə, "Repubblica" metrostansiyasında hadisə baş ver zaman eskalatorda çoxlu sayda Rusiya azarkeşi də olub, lakin onlardan neçəsinin xəsarət aldığı hələ ki, məlum deyil. Yerli KİV yazır ki, rusiyalı fanatlar sərxoş vəziyyətdə olublar və eskalatorda atılıb-düşməyə başlayıblar.
***22:40
İtaliyanın paytaxtı Romanın mərkəzində metro eskalatorunun uçması nəticəsində Rusiya MOİK-nin ən azı 8 azarkeşi xəsarət alıb. Bu barədə "RİA Novosti"yə Roma şəhər Polis İdarəsindən açıqlama verilib. "MOİK-in azarkeş qrupu stansiya ilə aşağı enərkən eskalator qırılıb. Ən azı 8 nəfər müxtəlif xəsarətlər alıb. Onların sayı arta bilər. Hazırda yaralılar şəhərin tibb müəssisəsinə göndərilib", - deyə məlumatda bildirilir. "Repubblica" stansiyası bu gün "Roma" və MOİK komandaları arasında Çempionlar Liqasının III tur matçının keçiriləcəyi "Olimpiko" stadionu istiqamətindəki metro xəttində yerləşir. Hadisədən sonra stansiya bağlanıb.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA















