"Metroda köhnə qatarların kondisionerlə təchizatı mümkün deyil"

Bakı metropolitenində köhnə qatarların kondisionerlə təchizatı mümkün deyil. Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, həmin qatarların kondisionerlə təchiz edilməsi həmin qatarların konstruksiyasında nəzərdə tutulmayıb: "Bu yalnız yeni alınan qatarlarda mümkündür. Yeni qatarların alınması mərhələli davam edir. Qatarlar istismar müddətini başa vurduqca xətdən çıxarılır. Praktik olaraq köhnə vaqonlara kondisioner quraşdırılması mümkün deyil".
Qurum rəsmisi, həmçinin bildirib ki, yeni vaqonların alınması iki halda mümkün ola bilər: "Birincisi köhnə vaqonlar istismar müddətini başa vurduğu zaman mümkündür. Bir vaqonun istismar müddəti 31 ildir. Köhnə vaqonlar istismar müddətini başa vurduqdan sonra onlar yeniləri ilə əvəz olunacaq. Burada da əsas məqsəd sərnişinlərin rahatlığını təmin edən vaqonları alıb istismara verməkdir. İkinci halda isə əgər yeni stansiyalar istismara verilsə, tələbata uyğun olacaq yeni qatarlar da sifariş verilə bilər. Yəni, yeni vaqonların hazırlanması sifariş əsasında olur".
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












