Metroda maşinist stansiyaya çatmamış qatarın qapılarını açıb - VİDEO

"Bakı Metropoliteni" QSC-də maşinist hüdud xəttinə çatmadan qatarı sərnişinlərin minib-düşməsi üçün saxlayıb. Avtosfer.az xəbər verir ki, məlumatı “Report”a təsdiqləyən qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, həmin maşinist barəsində araşdırma başlayıb. B.Məmmədovun sözlərinə görə, hazırda hadisə təhlil edilir və maşinist məsələni izah etmək üçün dəvət ediləcək: “Hadisə bu gün səhər saat 08:29-da metronun “İçərişəhər” stansiyası istiqamətində hərəkət edən 6 saylı qatarda baş verib. Maşinist qatarı hüdud xəttinə çatmadan saxlayıb. Araşdırmalar aparılır və maşinist izahat üçün dəvət ediləcək. Tez bir zamanda hadisə ilə bağlı yekun qərar veriləcək”. Qeyd edək ki, səhər saatlarında metronun “28 May” stansiyasında qatar hüdud xəttinə çatmadan dayanıb. Bu zaman sonuncu vaqon tunelin içində oluduğundan qoruyucu dəmirlər qapıların qarşısını kəsib və sərnişinlərin düşüb-minməsində çətinlik yaranıb.
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI














