Metroda qızı vurub qatardan platformaya salan gəncdən xəbər var

Metronun "Nizami" stansiyasında sərnişinlər arasında dava ilə bağlı rəsmi açıqlama verilib. Avtosfer.az bildirir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə bu il dekabrın 6-da axşam saatlarında metronun "Nizami" stansiyasında sərnişinlər arasında dava düşməsi, nəticədə bir oğlanın bir qızı vuraraq qatardan platformaya salması barədə məlumatlar yayılıb: "Bununla əlaqədar Bakı Şəhər BPİ-nin Metropolitenində Polis Şöbəsində müvafiq araşdırma aparılıb, hadisənin iştirakçısı olan hər iki nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Araşdırmalarla o da müəyyən olunub ki, Bakı şəhər sakini Əli Məhərrəmov dekabrın 6-da saat 21:50 radələrində metronun "Nizami" stansiyasında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri edərək heç bir əsaslı səbəb olmadan paytaxt sakini Pərvanə Fərmanzadəyə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb". "İstintaq zamanı zərərçəkmiş şəxs P.Fərmanzadə və şahidlər dindirilib. Ə.Məhərrəmov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir", - deyə rəis mavini qeyd edib.
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?












