Metroda səsləndirmələr uşaqların dilindən olacaq - FOTO + VİDEO

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “3 alma” uşaq klubunun təşəbbüsü və "Bakı Metropoliteni" QSC-nin dəstəyi ilə 1-3 iyun tarixlərində metronun bütün stansiya və vaqonlarında səsləndirmələr uşaqların dilindən olacaq. Bu barədə Avtosfer.az-a qurumun səhmdar cəmiyyətin mətbuat xidmətindən məlumat verilib. Elanların həm Azərbaycan, həm də ingilis dilində səsləndirilməsi nəzərdə tutulur. Bakı metropoliteni tarixində ilk dəfə gerçəkləşən bu layihədə Avropa Azərbaycan məktəbinin I-III siniflərində təhsil alan 30-dan çox şagirdlə yanaşı, 2 nəfər məktəbəqədər uşaq da iştirak edib. İştirakçılar arasında Azərbaycan vətəndaşları və əcnəbilər var. Metropoliten sərnişinləri səsləndirmə zamanı balacaların nə qədər həyəcan keçirdiyini və əyləndiyini elanları dinləyərkən hiss edəcəklər. Uşaqların böyük həvəs və zövqlə iştirak etdiyi bu layihənin əsas məqsədi cəmiyyətin diqqətini balacalara yönəltmək, eyni zamanda, onlarda özünə inam və məsuliyyət hissi aşılamaq, bizim üçün nə qədər dəyərli olduqlarını bir daha hiss etdirməkdir.
Namiq
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY





















