Metroda sevgilisini bıçaqlayan şəxs tutuldu: cinayət işi açıldı

Bakıda metroda qadını bıçaqlayan şəxs saxlanılıb. Avtosfer.az xəbər verir ki, Binəqədi rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Bakı Metropoliteninin "Nəsimi" stansiyasında 1972-ci il təvəllüdlü Bakı şəhər sakini Quliyeva Elnarə Baloğlan qızını bıçaqlayan 1972-ci il təvəllüdlü Abdullayev Vahid İnqilab oğlu şübhəli şəxs qismində saxlanılıb. Məlumatda bildirilir ki V.Abdullayev E.Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə qısqanclıq zəminində baş verib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Xatırladaq ki, sentyabrın 4-də Bakı Metropoliteninin "Nəsimi" stansiyasının platformasında 1972-ci il təvəllüdlü Quliyeva Elnarə Baloğlan qızı naməlum şəxs tərəfindən çoxsaylı bıçaq zərbələrinə məruz qalıb. Həmin şəxs polislərin hadisə yerinə gəldiyini görərək hadisə yerindən qaçmağa cəhd edib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












