Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...

"Bakı metropolitenində Yaşıl və Qırmızı xətlərin müstəqil fəaliyyət sahələrində interval gur saatlarda 3 dəqiqə 30 saniyə təşkil edib. Xətlərin ayrılması layihəsi çərçivəsində 200 metrə yaxın tunellərin inşası ilə əlaqədar hər bir xətt üzrə müstəqil hərəkət qrafikinin tərtib edilməsi nəticəsində Yaşıl xətt üzrə interval 3 dəqiqə 30 saniyə saxlanılıb".
Avtosfer.az xəbər verir ki, bu barədə baku.ws-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Qurumdan qeyd edilib ki, lakin Qırmızı xətdə intervalı 1 dəqiqə azaldılması təmin edilib:
"Bu məqsədlə Qırmızı xətt üzrə müvafiq gücləndirmə, optimallaşdırma tədbirləri görülüb, həmçinin əlavə maşinistlər ayrılmaqla qatarların "İçərişəhər" stansiyasını tərk etməsinin operativliyi təmin edilib.
Nəticədə hazırda xətt üzrə interval 2 dəqiqə 30 saniyə təşkil edir.
Həmçinin qarşıdakı dövrdə xətlər üzrə intervalın azaldılması ilə bağlı təhlillər aparılır və mümkün tədbirlərin görülməsi imkanları araşdırılır, sərnişin axını və tələbatı diqqət mərkəzində saxlanılır.
Hazırda texniki optimallaşdırma və təkmilləşdirmə tədbirləri davam etdirilir. Xətlərin ayrılması layihəsinin icrası dövründə sərnişinlərin metropolitendən daha rahat və təhlükəsiz istifadə etməsi üçün mümkün bütün tədbirlər görülür".
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












