Metroda soyğunçuluq edən şəxslər tutuldu

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında, tuneldə hərəkətdə olan qatarlarda cinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir. DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, noyabrın 19-da saat 9 radələrində metronun “Koroğlu” stansiyasının platformasında naməlum şəxs Saatlı rayon sakini G.Həsənovanın çantasından içərisində pulu, şəxsiyyət vəsiqəsi və tələbə bileti olan pulqabısını açıq talama yolu ilə aparıb. Dərhal görülmüş tədbirlərlə soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Orxan Məcidov Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Noyabrın 14-də metronun “Əhmədli” stansiyasında Bakı şəhər sakini A.Hacıyevanın çantasından mobil telefonunun oğurlanması barədə daxil olmuş müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Emin Səlimov olduğu müəyyən edilib. Hər iki faktla bağlı araşdırma aparılır.
Namiq
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










