Metrodakı insidentə görə onlar cəzalandırıldı

Dünən təxminən saat 12:10 radələrində Bakı metrosunun "Ulduz-Nərimanov" mənzilinin aralıq kabelində baş vermiş qısaqapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranıb. Nəticədə saat 15:00-a kimi Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq olunub və bu səbəbdən minlərlə sərnişinin gediş-gəlişinə problem yaranıb.
Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Metropoliteni QSC-nin sədri Vüsal Aslanov hadisəyə görə bir neçə vəzifəli şəxsi vəzifəsindən kənarlaşdırıb və bəzilərinə töhmət elan olunub.
Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov isə sözügedən mövzu ilə bağlı belə cavab verib:
"Hazırda hadisə ilə bağlı texniki araşdırma aparılır".
Mətbuat katibi onu da bildirib ki, bundan sonra, "Bakı Metropoliteni"ndə qatarların hərəkəti, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi və ən vacibi bir daha belə bir hadisənin təkrarlanmaması üçün ən vacib və doğru qərarlar qəbul ediləcək.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












