Metronun bu stansiyası da təmirə bağlanır

Bakı Metropoliteninin “Xətai” stansiyası bu il təmirə bağlanacaq. Bu barədə Trend-ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Qurum rəsmisi bildirib ki, stansiyanın bütün eskalatorları dəyişdiriləcək:
“”Xətai” stansiyası 1968-ci ildə istifadəyə verilib. Həmin stansiyanın eskalatorlarının istismar müddəti bu il başa çatır. Ona görə də, stansiyadakı hər üç eskalator dəyişdirilməlidir. Artıq bununla bağlı plan-qrafik hazırlanıb”.
Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, “Xətai” stansiyası ən dərin özüllü metro stansiyasıdır və stansiyanın eskalatorları da digər eskalatorlardan uzundur: “Stansiyaya 4 müasir eskalator quraşdırılması nəzərdə tutulub”. N.Pasayev bildirib ki, stansiyanın təmirə bağlanacağı konkret tarix müəyyən edilməsə də, bu il reallaşacaq: “İyulun 1-də “Sahil” stansiyasının istifadəyə verilməsi gözlənilir. Yəqin ki, "Sahil" stansiyası istifadəyə veriləndən sonra “Xətai” təmirə bağlanacaq”.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












