Metronun fəaliyyəti dayana bilər

Tbilisidə metropoliten işçiləri əmək haqlarının artırılması tələbi ilə may ayının 3-dən etibarən tətilə çıxa bilərlər. APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə “Birlik 2013” müstəqil həmkarlar ittifaqının keçirdiyi aksiyada elan olunub. İttifaq üzvləri bildiriblər ki, tələb mayın 3-dək yerinə yetirilməsə, metronun fəaliyyəti tamamilə dayanacaq. Onlar şəhər sakinlərinə metronun fəaliyyət göstərməyəcəyi təqdirdə yaranacaq problemləri özündə əks etdirən flayerlər paylayıblar.
Qeyd edək ki, Tbilisi metropoliteninin işçilərinin orta aylıq əmək haqqı 1038 lari (421 dollar) təşkil edir. Metro işçiləri saatlıq əmək haqlarının 7 laridən 10 lariyə qədər artırılmasını tələb edirlər. Tbilisi metropoliteni əməkdaşlarının maaşları 2013-cü ildən artırılmır. Ötən həftə metro işçiləri, Tbilisi Nəqliyyat Şirkəti və Tbilisi meriyası arasında keçirilmiş görüşdə əmək haqlarının artırılması ilə bağlı razılıq əldə olunmayıb.
Tbilisi metrosu hər gün təxminən 290 min sərnişinə xidmət göstərir.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












