Metronun “İçərişəhər” stansiyasında sosial layihə həyata keçirilir

Dekabrın 18-də Bakı metropoliteninin “İçərişəhər” stansiyasında sosial layihə həyata keçirilir. Səhər saat 10:00-dan axşam saat 19:00-a qədər “İçərişəhər” stansiyasında keçirilən yarmarkada gənc istedadların əl işlərinin satışını təşkil etmək üçün şərait yaradılıb. Avtosfer.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, “Əl işləri yarmarkası” adlandırılan sosialyönümlü aksiya təmənnasız təşkil edilib. Əsas məqsəd gənc istedadlara bacarıqlarını nümayiş etdirməkdə dəstək olmaq, onların əməyini təşviq etmək, zəhmətlərinin bəhrəsini tanıtmalarına yardımçı olmaq, həmçinin sərnişinlərdə yüksək bayram ovqatı yaratmaqdır. Yarmarkada 30 stenddən ibarət əl işləri təqdim olunur və metronun sərnişinləri tərəfindən böyük maraqla qarşılanır.
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ












