Məxfi həbsxana: işgəncə ilə öldürülənlərin qanı su yerinə axır... – VİDEO

Afrika ölkəsi Burundidə rejim əleydarlarının saxlanıldığı məxfi həbsxanada dustaqlar işgəncə ilə öldürülüb, onların qanı sözün əsl mənasında su yerinə axıb. Avtosfer.az virtualaz.org-a istinadən bildirir ki, məxfi həbsxananın yanından keçən arxda qana oxşayan al qırmızı mayenin axdığını əks etdirən şok video hələ 2016-cı ildə internetdə yayılmışdı. Həmin vaxt belə versiyalar var idi ki, bu kadrlardakı binanın divarları arasında rejimin əleydarlarını işgəncə ilə öldürürlər. Və indi BBC jurnalistləri həmin versiyanı təsdiqləyən şahidləri tapa biliblər. Burundidə insanlar 2015-ci ildə prezident Pyer Nkurunzizanın üçüncü dəfə namizədliyini irəli sürməsinə etiraz olaraq küçələrə çıxmışdılar. Bu zaman rejim qüvvələri etirazçılara qarşı silah işlədib, yzlərlə adam öldürülüb, qalanları həbsə atılıb. Nkurunziza isə yenə də hakimiyyətdə qalıb. Jurnalistlər həmin hadisələr zamanı həbs edilənlərdən birini tapıblar. Familiyasını gizli saxlamağı xahiş edən Pyer adlı həmin burundili deyib ki, o etirazlar zamanı təhlükəsizlik qüvvələrinin əlinə keçib və dəhşətli işgəncələrin şahidi olub. Onun sözlərinə görə, insanlar qaçmaq istəyəndə mühafizəçilər qışqırırdı: "Tutun o köpəkləri!"
Dustaqları tutandan sonra onları otaqlardan birinə aparırdılar, orada dustaqlar elə dəhşətli şəildə qışqırırdılar ki, sanki onları öldürürdülər. Və bundan sonra onları heç kim görmürdü. "Fikrimcə onları doğrudan da öldürürdülər"-həmin şəxs deyib.
Məlum olub ki, suya qarışmış qanın axdığı drenaj məxfi həbsxananın hamam otağı ilə əlaqəli olub. Pyer Nkruinziza 2005-ci ilin avqustundan Burundi prezidenti və "Demokratiyanın müdafiəsi naminə Milli Konqres-demokratiyanı müdafiə qoşunları"nın lideridir. Bu partiya xutu qəbiləsinin üsyançı qruplaşmalarının bazasında yaradılıb. Burundi konstitusiyasına görə bu ölkədə bir adam ən çoxu iki dəfə prezident seçilə bilər. Amma Nkurinziza 2015-ci ildə iki prezidentlik müddətini başa vurandan sonra üçüncü dəfə namizədliyini irəli sürüb. Onun tərəfdarları iddia ediblər ki, Nkurunziza daha bir müddət prezident seçilmək haqqına malikdir, çünki 2005-ci ildə ümumxalq səsverməsi ilə seçilməmişdi. Onu prezident vəzifəsinə parlament təyin etmişdi. Müxalifət isə Nkurinzizanın üçüncü dəfə namizədliyini irəli sürməsini 12 il davam edən, 300 mindən çox insanın ölümünə səbəb olan vətəndaş müharibəsinə son qoyan sülh razılaşmasının pozulması kimi qiymətləndirdi və öz tərəfdarlarını küçələrə çıxardı. Lakin Nkrunzizanın rejimi kütləvi etirazları qanla boğdu.
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ
Forumun uğurlu davam etməsinə həm də əhali dəstək olur – Tanzaniyalı turist - FOTO
Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ








