Meyiti su kanalında tapılan xanəndənin ölüm səbəbi açıqlanıb - RƏSMİ

Meyiti su kanalında tapılan xanəndənin ölüm səbəbi açıqlanıb. Avtosfer.az xəbər verir ki, Bərdə Rayon Prokurorluğundan "Report"un Qarabağ bürosuna verilən məlumata görə, avqustun 1-də avtomobil qəzası zamanı öldüyü bildirilən xanəndə Novruz Hüseynovun meyti Qarabağ su kanalının Ağcəbədi rayon ərazisindən keçən hissəsində aşkarlanıb. Ekspertizaya göndərilən meytin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun su kanalında boğularaq öldüyü bildirilir. Qeyd edək ki, ötən gün xanəndə, Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzası zamanı öldüyü barədə məlumatlar yayılıb. Qəzaya düşən "Mercedes" markalı avtomobildə meyti tapılan M.Mirizadənin meytinin üzərində zorakılıq əlamətləri aşkarlanıb və ona 14 bıçaq zərbəsi vurularaq qətlə yetirildiyi məlum olub. Avtomobilin sahibi N.Hüseynov isə hadisə yerində tapılmayıb və onun axtarışlarına başlanılıb. Bu gün səhər saatlarında N.Hüseynovun meyiti Ağcabədi rayonu ərazisində, Qarabağ su kanalında yerli sakinlər tərəfindən aşkar edilib.
Hadisə ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












