Məzahir Pənahov mətbuat konfransı keçirdi

Azərbaycanda president seçkilərinin səsverməsinə start verilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirib. “Qafqazinfo” xəbər verir ki, MSK sədri bildirib ki, 125 seçki dairəsinin əhatə etdiyi bütün seçki məntəqələrində normal səs vermək üçün Seçki Məcəlləsinin tələblərinə uyğun hər cür şərait yaradılıb. Prezident seçkilərində 5 milyon 300 mindən çox seçici 5 min 641 məntəqədə səs verəcək. Onlardan 41-i Azərbaycanın hüdudlarından kənardadır. Prezident postu uğrunda 8 namizəd mübarizə aparır.
Dairə seçki komissiyalarının hamısı kompüterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Kompüterlər Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminə qoşulub. Bu da bütün məlumatların MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinə operativ ötürülməsini təmin edəcək.
Gün ərzində beş dəfə “Seçkilər” İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair məlumatlar yayımlanacaq. Bu məlumatlar, həmçinin MSK-nın internet səhifələrində yerləşdiriləcək.
Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu isə ümumi məntəqələrin 18 faizi deməkdir. Seçki prosesinin gedişini minə yaxın beynəlxalq müşahidəçi bütün məntəqələrdə maneəsiz izləyəcək. Yerli müşahidəçilərin ümumi sayı isə 58 mindən artıqdır. Çoxsaylı xarici kütləvi informasiya vasitəsi də seçkilərin işıqlandırılmasında iştirak edir.
Səsvermə saat 19:00-da başa çatacaq.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra prezident seçkiləri başlanıb.
Bu yolda sürücülər üçün ciddi təhlükə - Təkərlər cırılır – VİDEO
Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO
Bu körpənin valideynləri axtarılır - FOTO
SEPAH-dan Hörmüz boğazı ilə bağlı XƏBƏRDARLIQ: "Güc tətbiq ediləcək"
Qarabağda və Şərqi Zəngəzurda layihələrin icrasında İtaliya qabaqcıl yerlərdədir - Prezident İlham Əliyev
Paytaxtın 14 küçəsində sıxlıq var - SİYAHI
Avtomobillər üçün böyük maneə - Bu məhsul tükənir
Bakıda müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək - SİYAHI - FOTO
İstehlak kreditləri bahalaşır; artan faizlər vətəndaşın cibinə necə təsir edir? – İQTİSADÇI EKSPERT
Ermənistandakı sammit region üçün niyə vacibdir? - POLİTOLOQ
Süni intellektin inkişafı insanların iş yerlərini itirməsinə səbəb ola bilər? – Ekspert RƏYİ








