MI6 Səudiyyədən nə istəmişdi?: Qaşıqçı cinayətinin sensasiyalı detalları ORTAYA ÇIXDI

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülən səudiyyə jurnalisti Camal Qaşıqçı Yəməndə Ər-Riyad tərəfindən kimyəvi silahdan istifadə üzrə sübutları tapmağa çalışırdı. Avtosfer.az xəbər verir ki, bu haqda mənbəyə istinadən "Sunday Express” nəşri bildirib. "Mən onunla ölümündən bir həftə əvvəl görüşdüm. O çox narahat idi. Ondan bunun səbəbini soruşdum, cavab verməyə həvəsli deyildi. Amma sonra mənə dedi ki, Səudiyyə Ərəbistanının Yəməndə kimyəvi silahdan istifadə etdiyinə dair məlumatlar alıb. O ümid etdiyini dedi ki, sənədli sübutları alacaq”, - jurnalistin yaxın dostu nəşrə deyib. Eyni zamanda, kəşfiyyatdakı mənbənin sözlərinə görə, hadisədən təxminən 3 həftə əvvəl - sentyabrın birinci həftəsində kəşfiyyata məlum idi idi ki, "nəsə baş verir”. "Bu detallar Qaşıqçının tutulması və onun dindirilməsi üçün Səudiyyə Ərəbistanına gətirilməsini özünə daxil edirdi”, - kəşfiyyatdakı mənbə qeyd edib. Onun sözlərinə görə, əmrlər Krallığın bir üzvündə gəlirdi, amma vəliəhd şahzadə Məhəmməd bin Salman əmrlər haqqında birbaşa informasiyaya malik idi. Başqa yüksək vəzifəli mənbə bildirib ki, Böyük Britaniya MI6 (Military Intelligence, Section 6 - Hərbi Kəşfiyyat, 6-cı bölmə) kəşfiyyatı Səudiyyə Ərəbistanından olan həmkarlarına əməliyyatı ləğv etməyi məsləhət gördülər, amma onların tövsiyəsi rədd edilmişdi. Qeyd edək ki, Səudiyyə jurnalisti Camal Qaşıqçı "Vaşinqton Post” qəzetində işləyirdi və 2017-ci ildən ABŞ-da yaşayırdı. O, oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunun binasına girəndən sonra yoxa çıxıb. Oktyabrın 20-da Səudiyyə Ərəbistanının Baş prokurorunun yaydığı xəbərə görə, jurnalist konsulluq əməkdaşları ilə dava nəticəsində ölüb. Hadisə ilə əlaqədar 18 nəfər saxlanılıb./publika.az
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Bakı-Moskva qatarı bərpa olunacaq? - AÇIQLAMA
Bakı–Tbilisi qatarında bilet qiymətlərinə hansı tərəf qərar verir? - Ekspert AÇIQLADI
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət CƏDVƏLİ AÇIQLANIB
Ermənistan-Azərbaycan sərhədi nə vaxt açılacaq? - Vaxt bəlli oldu
WUF13-də QHT-lər qarşısında yeni məqsədləri müəyyənləşdirəcək – İB sədri - FOTO
Əsas magistral yollardan biri təmir olundu - SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR - FOTO
Beynəlxalq forum QHT-lər arasında əməkdaşlığın gücləndirəcək – AQİL CAMAL - FOTO
Prezident İlham Əliyevə fəxri doktor adı verildi - FOTO
Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı AÇIQLAMA
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI








