Mikromobillik Bakının nəqliyyat sistemini dəyişə bilərmi? – Ekspert AÇIQLADI

Bakıda mikromobillik vasitələrindən istifadəyə maraq son dövrlər artıb. Xüsusilə gənclər arasında velosiped və elektrikli samokatlardan istifadənin genişlənməsi şəhər nəqliyyatında yeni tendensiya yaradıb.
Avtosfer.az xəbər verir ki, mikromobillik vasitələrinə tələbatın artması avtomobillərdən istifadənin azalması anlamına gəlmir. Bəs bu tendensiya Bakının nəqliyyat sisteminə necə təsir edir və mikromobillik vasitələrindən istifadənin genişlənməsi gələcəkdə avtomobil sıxlığının azalmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, mikromobillik vasitələrindən istifadə edənlərin sayı artıb:

"Lakin bu, ictimai nəqliyyatdan istifadə edənlərin sayının azalması anlamına gəlmir. Eyni zamanda, taksi və fərdi nəqliyyat vasitələrindən, o cümlədən avtomobillərdən istifadə edənlərin sayında da kəskin azalma müşahidə olunmur. Sadəcə xüsusilə gənclər arasında fərdi mikromobillik vasitələrindən istifadəyə maraq artıb.
Hazırda Bakıda bəzi ərazilərdə mikromobillik infrastrukturu, o cümlədən velosiped zolaqları yaradılır. Lakin velosiped zolağının olmaması velosiped və ya elektrikli samokatdan istifadənin qadağan edilməsi demək deyil. Belə nəqliyyat vasitələrindən velosiped yolu olmayan ərazilərdə də istifadə etmək mümkündür. Bu zaman yolun sağ zolağı ilə hərəkət etmək lazımdır”.
Ekspert əlavə olaraq qeyd edib ki, ölkədə avtomobillərin sayının çox olması iqtisadi vəziyyətin göstəricilərindən biridir:
“Buna görə də avtomobillərin sayını bilərəkdən azaltmaq və insanları avtomobildən imtina etməyə məcbur etmək kimi bir yanaşma yoxdur. İnsanları avtomobildən tamamilə imtina etməyə təşviq etmək də düzgün yanaşma deyil. Ölkədə insanların avtomobil sürməməsi və onun əvəzinə mikromobillik vasitələrindən istifadə etməsi ilə bağlı hər hansı təşviqat və ya təbliğat aparılmır. Kim istəyirsə, velosiped və ya samokatdan, kim istəyirsə, avtomobildən istifadə edə bilər.
Hazırda mikromobillik vasitələrinə tələbat artıb. Xüsusilə gənclər bu nəqliyyat vasitələrindən istifadə etməyi öyrəndikcə onlara daha çox üstünlük verirlər".
Fatimə
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












