Mikrorayonlarda və Biləcəri dairəsində yenilik

Mikrorayonlarda və Biləcəri dairəsində hərəkətin təşkilində dəyişikliklər ediləcək.
Bunu Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib. O bildirib ki, 3-cü və 4-cü mikrorayonlarda, "Memar Əcəmi" metro stansiyası yaxınlığında və Biləcəri dairəsində də hərəkətin təşkilində müəyyən dəyişikliklər ediləcək:
“Bu ərazilərdə nəqliyyat sıxlığı və xaotik hərəkət müşahidə olunan, bir-biri ilə əlaqəli yolayrıcıların (dairəvi hərəkət olan) svetoforla nizamlanması, dairənin həndəsi ölçülərinə dəyişikliklər edilməsi, dairəyə yaxın yerləşən dayanacaq məntəqələrinin köçürülməsi və nəqliyyat axınının kanallaşdırılması nəzərdə tutulub”.
Qeyd edək ki, Fəzail Bayramov küçəsində də hərəkət dəyişdiriləcək. Bu küçədə geriyədönmə yerini təşkil etməklə sürücülərin Yusif Səfərov küçəsinə çıxış imkanı asanlaşacaq və yeni inşa edilən yolun funksionallığı artacaq.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












