Millət vəkili “Azərişıq”ı yıxıb-sürüdü

“Bu məsələni araşdıraraq, işıq pullarının niyə bu qədər çoxaldığını müəyyənləşdirmək mümkündür”.
Avtosfer.Az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında “Azərişıq”ın ötən ay sərf edilmiş elektrik enerjisinə görə abonentlərə göndərilən borc qəbzlərində ödəniləcək məbləğin şişirdildiyinə dair iddialara münasibət bildirən millət vəkili Fazil Mustafa deyib.
Fazil Mustafanın sözlərinə görə, abonentlərə real enerji sərfiyyatının dəyərindən xeyli artıq borc yazılması vətəndaşlara qarşı soyğunçuluğun bir formasıdır:
“Son günlər vətəndaşların bununla bağlı şikayətlərinin artdığını görürük. Çox sayda insan iddia edir ki,onlara göndərilmiş işıq puluna görə ediləcək ödənişin məbləği xeyli şişirdilib.
Eyni zamanda, mənim özümə göndərilmiş qəbzdə göstərilmiş məbləğ də əvvəlki ayla müqayisədə kifayət qədər çoxdur. Baxmayaraq ki, bizdə elektrik enerjisi sərfiyyatı sabit olub.
Abonentlərin deyilən məsələ ilə bağlı şikayətlərinin kütləviliyinə əsaslanıb deyə bilərəm ki, bu, vətəndaşlara qarşı soyğunçuluğun başqa bir formasıdır. Doğrudur, hazırda bunu sübut edən hansısa fakta malik deyilik. Ancaq dediyim kimi, şikayətlərin kütləviliyi məsələyə ciddi yanaşmağı tələb edir.
Əlbəttə ki, əgər borc məbləğlərində şişirdilmə varsa, bu məsələ araşdırıla bilər. Fikrimcə, ixtisaslaşmış QHT-lər bu işlə məşğul olaraq, konkret nəticəyə gələ bilərlər”.
Qeyd edək ki, son günlərdə sosial şəbəkələrdə “Azərişıq”ın ötən ay üçün abonentlərə göndərdiyi borc qəbzlərində məbləğin şişirdildiyi haqda şikayətlər geniş yayılıb. Onların arasında bır sıra tanınmış simalar da var.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO













