Milli Məclisin plenar iclası başlayıb

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb. “Report”un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 10 məsələ daxildir. Deputatlar Hesablama Palatasının hesabatını müzakirə edəcəklər. Gündəliyə daxil olan "Təhsil haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Dövlət qulluğu haqqında", "Yanğın təhlükəsizliyi haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Dərman vasitələri haqqında" qanunlarına dəyişikliklər texniki xarakterlidir. İclasda Əmək Məcəlləsinə dəyişiklik layihəsi də müzakirəyə çıxarılacaq. Bundan başqa, yeni hazırlanan "Ələt azad iqtisadi zonası haqqında" (üçüncü oxunuş) və "Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" qanun layihəsi (ikinci oxunuş) müzakirə olunacaq.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












