Milli Məclisin plenar iclası başlayıb

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb. Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 45 məsələ daxildir. İclasda Baş nazir Novruz Məmmədov da iştirak edir. Deputatlar 2019-cu ilin dövlət büdcəsi layihəsini üçüncü oxunuşda müzakirə edəcəklər. Bundan başqa, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında", "Dərman vasitələri haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Aviasiya haqqında", "Dövlət borcu haqqında", "İnzibati icraat haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Avtomobil nəqliyyatı haqqında" "Sığorta fəaliyyəti haqqında", “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və s. qanunlara, eləcə də Seçki, Mənzil, Cinayət, Cinayət Prosessual, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələrinə də baxılacaq. Plenar iclasda yeni hazırlanan "Psixoloji yardım haqqında" qanun layihəsi də ikinci oxunuşda müzakirə ediləcək.
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ












