Milyarder 98 metrlik yaxtasını evinin qarşısında saxladı, sakinlər hiddətləndi

Britaniyalı milyarder Co Lyuis 98 metrlik yaxtası “Aviva”nı evinin qarşısında saxlamaqla London sakinlərinin qəzəbinə tuş gəlib. Avtosfer.az Virtualaz.org-a istinadən xəbər verir ki, buna səbəb “Tower Bridge”in qarşısında duran yaxtanın Londonun ən dəbdəbəli hissəsində yaşayan sakinlərin pəncərələrinin qarşısındakı mənzərəni bağlamasıdır. Yerli KİV-in yazdığına görə, Londonun ən zəngin oliqarxlarının yaşadığı bu ünvanda evlərin qiyməti 9,5 milyon funt sterlinqdir (12 milyon dollardan bahadır). Burada mənzil sahibi olan şəxslər ilk əvvəl pəncərədən açılan məzərəyə fikir verirlər. “Aviva” Almaniyanın Lemverder şəhərində yerləşən məşhur “Abeking&Rasmussen” gəmiqayırma zavodunda C.Lyuisin sifarişi ilə hazırlanıb. Yaxtanın bortunda qapalı tennis kortu var. Onun başa gəlməsinə milyarder 113 milyon funt sterlinq (təxminən 145 milyon dollar) xərc çəkib. Co Lyuis gəmidən həm də ev kimi istifadə etsə də, əsas yaşayış yerinin Baham adaları olduğu bildirilir.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












