Milyarder siyasətçi rüsvay oldu: əxlaqsızlıqda suçlanır - FOTO

Britaniya Lordlar Palatasının üzvü, Arcadia Group holdinqinin sahibi, 66 yaşlı milyarder ser Filip Qrin əxlaqsızlıqda və seksual qısnamalarda suçlanıb. Avtosfer.az milli.az-a istinadən bildirir ki, əməkdaşı olan bir neçə qadına təcavüz etmiş milyarder sonradan həmin qadınlara susmaları və məhkəmələrə şikayət etməmələri üçün böyük məbləğdə pullar ödəyib. Arcadia Group holdinqinə Topshop, Topman, Wallis, Evans, Miss Selfridge və Dorothy Perkins brendləri daxildir. Qalmaqal F.Qrinin təcavüzünə məruz qalmış 5 qadının Britaniya parlamentinin yuxarı palatası olan Lordlar Palatasının üzvü ser Piter Qeynə müraciət etmələrindən sonra başlanıb.
Filip Qrin məşhur model və dizayner Xloya Qrinin atasıdır. Hazırda ABŞ-ın Arizona ştatındakı Tuskon şəhərində, 3 milyon dollarlıq rançosunda olan milyarder jurnalistlərin suallarını cavablamayıb. Qrinin mühafizə xidməti media mənsublarını qovub. Milyarderin arvadı Tina Qrin isə heç nə olmamış kimi qızı Xloyanın hazırda qeyri-rəsmi nikahda olduğu Ceremi Mikslə toyuna hazırlıq görür. Fransız Polineziyasında olacaq toya 4 milyon dollar xərcləmək nəzərdə tutulur. Amerikalı Ceremi Miks "dünyanın ən cazibədar məhbusu" kimi sosial şəbəkələrdə məşhurlaşmışdı.



Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












