Minalanmış avtomobil partladıldı – 2 ölü, 11 yaralı

Gündəm 11 May 2018 10:29
Minalanmış avtomobil partladıldı – 2 ölü, 11 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Silahlılar həmçinin Əl-Mədja yaşayış məntəqəsini minaatanlardan atəşə tutublar

Suriyanın paytaxtı Dəməşqin mərkəzindəki Əl-Meysat meydanında minalanmış avtomobil partladılıb. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Suriyada Düşmənçilik edən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri, general-mayor Yuri Yevtuşenko bildirib. O, qeyd edib ki, partlayıcı qurğu minik avtomobilində işə düşüb. Nəticədə 2 nəfər ölüb, daha 11 nəfər yaralanıb. General-mayorun sözlərinə görə, silahlılar həmçinin Əl-Mədja yaşayış məntəqəsini minaatanlardan atəşə tutublar. Atəş nəticəsində 2 nəfər həlak olub, daha 13 nəfər xəsarət alıb.

Oxunub : 975
ŞƏRH YAZ
Ad

E-mail

Şərh