"Mingəçevirdə maskalı adam peyda olub": Kameraya da düşüb - VİDEO

Mingəçevirdə bir mağaza sahibi qəribə hadisə ilə üzləşir. Gecə saatlarında kimsə onun mağazasının qarşısına qəribə yazılar olan kağız parçaları qoyur, qapılara divarlara qurd yağı sürtür. Bunu edən şəxs gecə kameraya da düşüb. Lakin hələki onun kimliyi məlum deyil. Piştaxtaların üzərinə torpaq səpilir, mağazanın qapısına yağ sürtülür. Bu azmış kimi, siqaret kötüklərinə bənzər dualar həmin obyektə atılır. Müxtəlif yazılar olan bükülü kağızlar maqnitlə bərabər ərazidə olan dəmir hissələrə yapışdırlır. Qeyri-adi hadisə Mingəçevirdə, Mirvari Məmmədovaya məxsus mağazada baş verib. Bir neçə müddətdir davam edən hadisələr obyektə quraşdırlan təhlükəsizlik kamerlarına da düşüb. Görüntülərdə maskalı şəxsin gecə saatlarında satış mərkəzinə yaxınlaşaraq əli ilə obyektin qapı və divarına nəsə sürtdüyü aydın şəkildə görünür. Mirvari Məmmədova həmin şəxsin"qurd yağı" deyilən vasitəni mağazanın müxtəlif hissələrinə sürtməklə onlara pisxoloji təsir göstərməyə cəhd etdiyini deyir. Mingəçevir sakini baş verən qeyri-adi hadisələrinyeni inşa edilən mənzillərində də qeydə alındığını bildirir. Maraqlı məqam ondan ibarətdir ki, diqqət çəkməmək üçün dualar müxtəlif formalarda hazırlanır. Mingəçevirdə baş verən hadisə iləbağlı polisə də məlumat verilb. Məmmədovlar heç kimlə ədavətlərinin olmadığını deyirlər. İndi onlar həmin şəxsin tezliklə ifşa olunmasını istəyir.
Putin Trampın ardınca Çinə niyə gedib? – POLİTOLOQ AÇIQLADI
Taksi dayanacağını “parkinq”ə çevirən sürücülər narazılıq yaratdı - VİDEO
WUF13 tədbirlərinin keçirilməsində məqsəd nədir? – RƏSMİ AÇIQLAMA - FOTO
Afrika qitəsi son illərdəki iqlim dəyişikliklərinə daha çox məruz qalır – XARİCİ TURİST - FOTO
Dizel və benzin yanacağı ilə bağlı MƏLUMAT VERİLDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Bakı-Moskva qatarı bərpa olunacaq? - AÇIQLAMA
Bakı–Tbilisi qatarında bilet qiymətlərinə hansı tərəf qərar verir? - Ekspert AÇIQLADI
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət CƏDVƏLİ AÇIQLANIB
Ermənistan-Azərbaycan sərhədi nə vaxt açılacaq? - Vaxt bəlli oldu
WUF13-də QHT-lər qarşısında yeni məqsədləri müəyyənləşdirəcək – İB sədri - FOTO








