Miqrantların ələ keçirdiyi gəmi azad edilib

Böyük Britaniya xüsusi təyinatlıları Temza çayının mənsəbində 4 miqrant tərəfindən ələ keçirilən İtaliyaya məxsus "Grande Tema" yük gəmisini azad ediblər. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Esseks qraflığı polisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hüquq-mühafizə orqanları əməkdaşları gəmiyə nəzarəti ələ keçirməyə və miqrantları tutmağa müvəffəq olublar.
BBC-nin məlumatına görə, gəminin məxsus olduğu "Grimaldi Group" şirkətinin nümayəndəsi bildirib ki, miqrantlar gəminin göyərtəsində 4 gün əvvəl aşkar ediliblər. Onlar kayutda saxlanılıblar və lazımi qida ilə təmin ediliblər.
Lakin dekabrın 21-də miqrantlar otaqdan çıxaraq dəmir parçaları ilə silahlanıblar və gəmini sahilə yaxınlaşdırmaq tələbi ilə heyət üzvlərini təhdid ediblər. Heyət üzvləri sükan budkasında gizlənə və hadisə barədə Britaniya xüsusi xidmət orqanlarına məlumat verə biliblər. Onlar gələnə qədər isə gəmi Kent qraflığının Marqit şəhərindən şimal-şərqdə dövr edib.
Məlumata görə, gəmi Nigeriyadan gəlirmiş və Afrikanın qərb sahillərində dörd dəfə dayanıb. Ehtimal olunur ki, miqrantlar dayanacaqlardan birində gəmiyə minməyi bacarıblar. Şirkətdə güman edirlər ki, miqrantların məqsədi Avropa ərazisinə düşmək olub.
Hadisə zamanı heç kim xəsarət almayıb. Polis insidentə terror aktı kimi baxmır.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










