Mirkamil Toppuş bacıdan pulunu tələb etdi: "Ərinə denən 2 min manatımı hazırlasın"

Uzun müddətdir xəstəliyi ilə gündəmdən düşməyən əməkdar artist Tünzalə Əliyeva ilə bağlı yeni xəbərlər yayılıb. Avtosfer.az axşam.az-a istinadən xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisanın "Bizimləsən" verilişində evinin ipoteka kreditini ödəmək üçün pul toplaması sosial şəbəkədə müzakirələrə səbəb olmuş və qınanılmışdı. Ötən gün isə T.Əliyevanın beş ildir onkoloji xəstəlikdən əziyyət çəkdiyi iddia olunub. Həmin vaxt mədəsini kiçiltmək üçün həkimə müraciət edən aktrisaya bunun mümkünsüz olduğu deyilib. Amma buna əhəmiyyət verməyən "Toppuş bacı" bıçaq altına yatıb. Bu ilin avqustunda əməliyyat olunan Tünzalə uşaqlıq yolunda olan bədxassəli şişi kəsdirib. O bildirib ki, şişdən yeni xəbəri olub. T.Əliyeva bu iddialara qarğışla cavab verib. Onun "Haqqımı sizə halal etmirəm. Haqqımda yalan xəbər yayanlara Allah mənim xəstəliyimdən nəsib etsin. Onlar mənim çəkdiyim əziyyətləri çəksin” sözləri hər kəs tərəfindən tənqid edilib. Müğənni Mirkamil Kamilov Tünzalənin açıqlamasını İnstaqram səhifəsində yayımlayaraq bunları yazıb: "Bacım, ilk növbədə bu gözəl qarğışa görə sənə dərin təşəkkürümü bildirirəm. Zəhmət olmasa, yoldaşına deyərsən, Lənkəranda hər birimizin anası olan və rəhmətlik böyük qardaşımın balalarının boğazından kəsilib sizə göndərilən pulu, bir də Mələkxanım xanımın göndərdiyi 2 min manatı hazırlasın yavaş-yavaş. Oğru ailəsinə hərəkətlər fikirləşən yoldaşın mütləq bu yazımı oxuyacaq. Yaxın günlərdə əlaqə saxlayacam. Mələkxanımın 2 mini mənə çatacaq, öz qohumumun pulun rahat xərcləyə bilərəm".
Əməkdaşımız T.Əliyeva ilə əlaqə saxlamağa çalışıb. Aktrisa artıq bundan sonra heç bir mediaya açıqlama verməyəcəyini deyərək, telefonu söndürüb. Qeyd edək ki, bir çox sənət adamı Tünzaləyə maddi dəstək olub. Onlardan biri də xalq artisti Mələkxanım Əyyubova idi. M.Əyyubova Mirkamilin bibisidir.
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA










