Misirdə qalmaqal: Cütlük Xeops piramidasına dırmaşıb cinsi əlaqəyə girdi - VİDEO

Misirdə məşhur Xeops ehramına dırmaşan cütlüyün cinsi əlaqəyə girdiyi barədə iddialar ölkə gündəminə bomba kimi düşüb. Avtosfer.az “ölkə.az”a istiandən xəbər verir ki, cütlük hamı getdikdən sonra hərəkətə keçib. Onlar piramidaya dırmaşmaq qadağan edilsə də, bu iş üçün gecəni gözləyiblər. Fotoqraf Andre Hvid sevgilisinin piramidaya dırmaşmasını çəkib. Çətinliklə piramidanın zirvəsinə qalxan cütlük bunu qeyd ediblər. Amma bununla da kifayətlənməyiblər. Gənc qadın fotoqraf sevgilisinə çılpaq pozalar verib. Sonra isə cütlük piramidanın zirvəsində cinsi əlaqəyə girib. Danimarkalı fotoqrafın görüntüləri sosial şəbəkədə geniş rezonansa səbəb olub. Hadisə Misirdə sərt reaksiyalara səbəb olub. Misirin Qədim Əsərlər nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb. Nazirliyin keçmiş işçisi arxeoloq Zahi Havas isə görüntülərin fotoşop hiyləsi olduğunu bildirib: “Yüz faiz fotoşopda hazırlanıb. Gecə yarısı piramidaya daxil olmaq üçün yol yoxdur. Bundan başqa Xeops ehramında daşlar yoxdur. Görüntülərdəki daşlar çox kiçikdir”. Qeyd edək ki, 2016-cı ildə də bir alman piramidaya dırmaşdığı üçün həbs edilmişdi.
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ












