Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb
Gündəm
29 İyul 2026 21:36

ABŞ-yə məxsus qaz saxlama tankeri Misirin Aralıq dənizindəki Damyetta limanında dron hücumuna məruz qalıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu dəniz təhlükəsizliyi ilə məşğul olan "Ambrey" şirkəti açıqlayıb. Şirkətin məlumatına görə, PUA "Energos Winter" gəmisinə çırpılıb, bundan sonra gəmidə yanğın başlayıb. Daha sonra alov yaxınlıqdakı "Gaslog Salem" qazdaşıyan gəmisinə keçib. Liman xidmətləri göstərən "Inchcape" şirkətindən də Damyetta limanında iki qazdaşıyan gəmidə yanğın baş verdiyi bildirilib. Mənbələrin məlumatına görə, heyət təxliyə edilib, yanğını nəzarətə götürmək mümkün olub. Zərərçəkən yoxdur. Hücumun arxasında kimin dayandığı hələ ki məlum deyil.
Oxunub : 502
DİGƏR XƏBƏRLƏR
23 Oktyabr 2026 21:41
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
23 Oktyabr 2026 09:00
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
22 Oktyabr 2026 20:15
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
22 Oktyabr 2026 17:46
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
22 Oktyabr 2026 16:48
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
22 Oktyabr 2026 13:06
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
22 Oktyabr 2026 12:11
Daha bir ölkədə Ebola aşkarlandı
22 Oktyabr 2026 12:00
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
22 Oktyabr 2026 11:30
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
22 Oktyabr 2026 09:09
Bakının bu küçələrində tıxac var - SİYAHI
21 Oktyabr 2026 19:49
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
21 Oktyabr 2026 17:16
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
ŞƏRH YAZ












